Britaniyalı nazir Azərbaycanla Ermənistan arasında delimitasiya razılaşmasını alqışladı - FOTO

Hazırda oxunan: Britaniyalı nazir Azərbaycanla Ermənistan arasında delimitasiya razılaşmasını alqışladı - FOTO

188492

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışlayıb.

Bizim.Media xəbər verir ki, nazir bu haqda özünün “X” sosial şəbəkəsində paylaşım edib.

“Mən Azərbaycan və Ermənistanın 1991-ci il Almatı Bəyannaməsinə əsaslanaraq beynəlxalq sərhədlərinin delimitasiyası üzrə irəliləyiş əldə etməsini alqışlayıram. Onların diplomatiyası ilə ərazilərin dinc yolla qaytarılması və davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addım atılıb”,- deyə nazir bildirib.
 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin