Azərbaycan Prezidenti İlham Əliyev Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtirama görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.
Bizim.Media xəbər verir ki, Azərbaycan dövlətinin başçısı deyib: 
“Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla yanaşdığına görə Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkür sözləri ifadə edirəm. 
Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. 2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi və bu, bizim birlikdə keçdiyimiz uzun bir yolun başlanğıcı oldu.
Müasir Rusiya-Azərbaycan münasibətləri möhkəm dostluq və qarşılıqlı anlaşma əsasında qurulub”.
 

- A-
- A
- A+
Siyasət
							21:54 / 22.04.2024
							
						Prezident: “Müasir Rusiya-Azərbaycan münasibətləri möhkəm dostluq əsasında qurulub” - VİDEO
						
							
								Hazırda oxunan: Prezident: “Müasir Rusiya-Azərbaycan münasibətləri möhkəm dostluq əsasında qurulub” - VİDEO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Prezident: “Müasir Rusiya-Azərbaycan münasibətləri möhkəm dostluq əsasında qurulub” - VİDEO							
						188461
					Bizim.Media
 
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































