Paşinyan da Moskvaya gedəcək? - Onunla ciddi söhbət olacaq 

Hazırda oxunan: Paşinyan da Moskvaya gedəcək? - Onunla ciddi söhbət olacaq 

188328

Azərbaycan prezidenti İlham Əliyev bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Bu, İlham Əliyevin 2024-cü ildə yenidən prezident seçildikdən sonra həmkarı ilə ilk şəxsi təması olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.

Mənbə qeyd edir ki, Rusiya hərbi kontingentinin tezliklə Qarabağdan çıxarılması və Ermənistanla sərhədin demarkasiyası və delimitasiyası zamanı 4 kəndin Azərbaycana qaytarılması Rusiya, Azərbaycan və Ermənistan liderləri arasındakı üçtərəfli danışıqlar formatını yenidən canlandırmaq şansı verəcək.
Nəşr vurğulayır ki, İlham Əliyevdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın da Moskvaya səfəri gözlənilir. Sirr deyil ki, xarici siyasət strategiyası kontekstində onunla ciddi söhbət olacaq.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin