Qarabağda ASALA faktoru

Hazırda oxunan: Qarabağda ASALA faktoru

1881

“Republic Underground” nəşri Dağlıq Qarabağ müharibəsində “ASALA” terror qruplaşmasının iştirakı barədə geniş məqalə dərc edib.

Bizim.Media Azvision-a istinadən xəbər verir ki, məqalədə Ermənistanın Gizli Ordusunun (ASALA) Dağlıq Qarabağ münaqişəsi zonasında görüntüləndiyi yazılıb.

Qeyd edilib ki, Dağlıq Qarabağ cəbhə xəttində keçmiş ASALA rəhbərliyinin olması istisna deyil. ASALA üzvlərinin döyüş bölgəsində mövcudluğu erməni tərəfində döyüşən Suriya muzdluları barədə daha bir təsdiqdir.

Müəllif yazır ki, ASALA və Suriya terrorçularının tarixi əlaqələri var.

ASALA-nın potensial rebrendinqi ilə bağlı xəbərlər Dağlıq Qarabağda erməni qüvvələri ilə yanaşı, suriyalı üsyançıların varlığını göstərən foto sübutların ardınca gəldi. Bəzi fotolarda Liviyadan olan qiyamçılara dair dəlillər əks olunub. Bunu qiyamçıların geyindiyi formalar da təsdiqləyir.

Məqalədə, 1983-cü ildə ASALA terrorunun ABŞ-dakı fəaliyyətini nümayiş etdirən sənədə diqqət çəkilir. Xatırladaq ki, ASALA ABŞ-da silsilə terror aktları törədib. Los-Ancelesdəki Türkiyə konsulluğu terrorun hədəfi olub.

ASALA-nın imzası ilə konsulluğa göndərilən məktubda türk idmançıların Olimpiadada iştirak edəcəyi təqdirdə öldürəcəkləri bildirilib.

Üç nəfər ASALA üzvü olan erməni həbs olunub, onlar "Eyr Kanada" aviaşirkətinin yük terminalının qarşısında partlayıcı quraşdırmaqda günahlandırılıblar. Partlayıcı qurğu Los-Anceles polisinin xüsusi dəstəsi tərəfindən zərərsizləşdirilib.

Bundan əlavə, məqalədə ASALA-nın Qarabağda varlığına dair xəbərlərə də diqqət çəkilib və vurğulanıb ki, bu yaxınlarda münaqişə zonasından əsir götürülmüş bir əsgər PKK/YPG təşkilatına mənsub olduğunu bildirib. Bu məlumatı İraqın PKK / YPG təşkilatları ilə İran qruplaşmalarının qiyamçı hərəkatları arasındakı yazışmalar da təsdiqləyir.

Yəhudi mətbuatı isə “Ermənistan terror qrupunu diriltdi?” başlıqlı məqalə yayıb.

Həmçinin, Azərbaycan KİV-lərində keçmiş ASALA rəhbəri Qiber Minasyanın Ermənistanla Azərbaycan arasındakı döyüşlərə qoşulduğuna dair xəbərə istinad edilib. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də ASALA-nın münaqişə teatrında yenidən varlığından söz açıb.

Diqqətə çatdırılıb ki, 2020-ci ilin iyulunda Ermənistan cəbhəsində ASALA əhval-ruhiyyəsinin canlanması müşahidə olundu: terror təşkilatının tərəfdarları ASALA yazılı köynəklər geyindilər. Fransanın TFI jurnalistinə qarşı hiddət ritorikası ASALA-nın hələ də Avropada davam etdiyini göstərir. Fransa 1980-ci illərin ortalarında birbaşa ASALA-nın təhdidinə məruz qalıb.

ASALA 1975-ci ildə fəaliyyətə başlayıb. 1986-cı ildə “Washington Post” tərəfindən açıqlandığı kimi “Marksist meylli” suriyalı erməni olan Aqopian tərəfindən qurulub. Bu təşkilat türk diplomatlarına qarşı çoxsayda terror aktları törədib və terror təşkilatı olaraq tanınıb. 1982-ci ildə Aqopian İsrailə görə təşkilatın bazalarını Beyrutdan Dəməşq və Afinaya köçürüb.

1981-ci ildə ASALA terrorçu Monte Melkonyanın sərbəst buraxılmasını tələb etmək üçün Parisdə 15 partlayış törədib.

Fransa gələcək bombardmanların qarşısını almaq üçün Melkonyanı azad edib. Melkonyan daha sonra 1988-1993-cü illərdə Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılara qarşı çoxsayda cinayətlər törədib. “Milli qəhrəmana” çevrilən Melkonyan 1993-cü ildə Ağdam döyüşündə məhv edilib.

Məqalədə o da vurğulanıb ki, ASALA-nın yenidən meydana çıxması, terror qruplaşmasının sağ qalmış liderlərinin rebrendinq edilməsi potensialı, onsuz da ekstremizm böhranı yaşayan Fransa üçün pis təsir bağışlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin