Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın tezliklə 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bizim.Media xəbər verir ki, A. Hacızadə bu barədə rəsmi “X” hesabında paylaşım edib.
"Çoxdan gözlənilən tarixi hadisə:
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib", - XİN rəsmisi qeyd edib.
‼️Long-awaited historic event: ?
— Aykhan Hajizada (@Aykhanh) April 19, 2024
As a result of the 8th meeting of the State Commissions on the delimitation of the state border between #Azerbaijan and #Armenia, Armenia has agreed to return 4 villages of Azerbaijan that were under the occupation since early 1990s. pic.twitter.com/qoHA9urFKv
Bizim.Media