Səfir: “ABŞ Azərbaycan ərazilərinin tamamilə minalardan təmizlənəcəyi günü səbirsizliklə gözləyir” - FOTO

Hazırda oxunan: Səfir: “ABŞ Azərbaycan ərazilərinin tamamilə minalardan təmizlənəcəyi günü səbirsizliklə gözləyir” - FOTO

187831

“Hamıya məlumdur ki, burada [Qarabağda] əkilmiş minalar regionun həyatı və rifahı üçün təhlükə yaradır. Birləşmiş Ştatlar bütün dünyada bu təhlükələri azaltmağa sadiqdir. 1993-cü ildən bəri ABŞ 100-dən çox ölkəyə 4,7 milyard dollar sərmayə qoyub. Bu səylərin bir hissəsi kimi ABŞ minatəmizləmə əməliyyatları üçün Azərbaycana təxminən 38 milyon dollar ayırıb”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbi Ağdamda səfəri zamanı ANAMA əməkdaşları ilə görüşündə bildirib.

Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar minatəmizləmə təşkilatlarının texniki potensialının gücləndirilməsinə və ölümcül minaların və partlamamış hərbi sursatların təmizlənməsinə yönəlmiş humanitar minatəmizləmə səylərini dəstəkləməyə sadiqdir.

Səfir Libby Ağdamda səfərdə ikən Azərbaycanın cəsarətli minatəmizləyicilərinin köçkün icmaların təhlükəsiz qayıtmasına şərait yaradan minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üçün gördükləri mühüm işləri müşahidə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin