Rusiya öz sülhməramlı kontingentini (RSK) Azərbaycandan çıxarır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, qərar Azərbaycan və Rusiya liderləri səviyyəsində qəbul edilib.
Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin hazırladığı təhlildə yer alıb.
"44 günlük müharibənin başa çatmasından sonra RSK-nın Azərbaycandakı mövcudluğu məsələsi ən çox müzakirə edilən mövzulardan biri idi. 2023-cü ilin sentyabrında Azərbaycan silahlı qüvvələrinin Qarabağdakı Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı həyata keçirdiyi bir günlük antiterror əməliyyatından sonra isə RSK mövzusu daha çox spekulyativ xarakter aldı. İstər Azərbaycanın özündə, istərsə də Qərbdə belə bir sual yaranıb ki, erməni əhalisinin sərbəst köçündən sonra RSK-nın Qarabağda qalmasının nə anlamı var?
Ermənistan rəhbərliyi, onlara züy tutan qərb himayəçiləri və Azərbaycanın Qərbi dəstəkləyən müxalifəti yekdilliklə “Azərbaycan və Rusiyanın əlbir olması” barədə danışır, bir səslə “Rusiya əbədi olaraq Qarabağda qalacaq” deyirdilər. Üç il ərzində Qarabağ ərazisinin və orada yaşayan əhalinin reinteqrasiyasının qarşısını almaq üçün Ermənistan rəhbərliyinin hər şeyi etməsi və prosesləri güc tətbiqinə çatdırmasına dair faktlar bütün bu sadalanan qruplara təqdim olunsa da, heç kim bunu ciddi qəbul etmirdi.
Bilirsiniz niyə?
Çünki bütün bu qüvvələr müxtəlif dövrlərdə Rusiya ilə əlbir olublar. Onlar Azərbaycanın müstəqil dövlət olduğunu, güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmağı bacaran güclü Lideri olduğunu qəbul edə bilmirlər. Bu üç il yarım ərzində Azərbaycan həm Ermənistanla münasibətlərdə, həm də Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası mövzusunda maksimum konstruktivlik nümayiş etdirdi. Ancaq buna cavab olaraq dağıdıcı təşəbbüslər, separatizmə dəstək və müxtəlif layihələr aldı ki, həmin layihələr nəticəsində münaqişə əbədi olaraq davam etməli idi. Lakin Azərbaycanın hərəkətləri bütün bu plan və layihələri pozdu!!!
Azərbaycan rəhbərliyi Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpası xəttini səbirlə və davamlı şəkildə həyata keçirirdi. Ermənistan və onun havadarlarının yaratdığı informasiya köpüyü bəzən separatizmin, Qarabağda gərgin vəziyyətin hələ uzun müddət davam edəcəyi təəssüratı yaradırdı. Hərçənd, digər tərəfdən Prezident İlham Əliyevə inam var idi, nəyi, nə vaxt, necə edəcəyini bildiyinə inam...
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq vəziyyətdən asılı olaraq mövqeyini dəyişməyən ardıcıl, məsuliyyətli və proqnozlaşdırıla bilən tərəfdaş imicini yaratdı. İnanın ki, bu, müasir beynəlxalq münasibətlərdə, xüsusən də bizim regionda çox dəyərlidir!
Bu günlərdə çoxlarını narahat edən bir sual var: “Bunun qarşılığı nədir?!”. Bu sual mövzuya yanaşmanın yanlışlığını, Azərbaycan-Rusiya münasibətlərinin mahiyyətini dərk etməməyi göstərir. Bəli, belə də olur...
Ermənistanın Qərb himayədarları yəqin ki, çaşqın halda nə edəcəklərini düşünürlər. Çünki onların bütün təbliğatı Azərbaycan və Rusiyanın demonizasiyası üzərində qurulmuşdu.
Bu, hər bir Azərbaycan vətəndaşı üçün çox mühüm hadisədir!
Azərbaycanın ərazi bütövlüyü mövzusu hətta ən qatı azərbaycanofobların beynində həmişəlik öz həllini tapıb. Artıq fərziyyə və məlumat köpüklərinə yer yoxdur və olmayacaq, hamısı partlayıb.
Prezident İlham Əliyev diplomatiyada və milli maraqların müdafiəsində bir daha mükəmməllik nümayiş etdirdi!", materialda deyilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:34 / 18.04.2024
Nəyi, nə vaxt və necə edəcəyini bilmək... - TƏHLİL
Hazırda oxunan: Nəyi, nə vaxt və necə edəcəyini bilmək... - TƏHLİL
Hazırda oxunan: Nəyi, nə vaxt və necə edəcəyini bilmək... - TƏHLİL
187808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.