Dövlət başçısı: "Şirvan kanalı suyun həcminə görə ən böyük layihəmiz olacaq"

Hazırda oxunan: Dövlət başçısı: "Şirvan kanalı suyun həcminə görə ən böyük layihəmiz olacaq"

187424

"Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaqdır".

Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Şirvan suvarma kanalının təməlini qoydu - FOTO/VİDEO​


“Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk”, - deyən dövlətimizin başçısı gələn il Qarabağ kanalının inşasına başlanılacağını vurğulayıb. “Bu da 115 min hektarı əhatə edəcək kanaldır.

Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin