ABŞ və Fransadan GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ – İran-İsrail müharibəsi BAŞLAYIR?

Hazırda oxunan: ABŞ və Fransadan GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ – İran-İsrail müharibəsi BAŞLAYIR?

186838

“İran İsrailin Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hərbi zərbə endirməsinə 24-48 saat ərzində cavab verə bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbəyə istinadən məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

İran İsrailə hücumla bağlı ABŞ-la razılığa gəlib? – SENSASİON DETALLAR 


Vurğulanır ki, İsrail İranın şimaldan və ya cənubdan birbaşa hücumuna hazırlaşır. Eyni zamanda, nəşr qeyd edib ki, Tehran hələlik yekun qərarını verməyib. Onu da qeyd edək ki, bu hücumlarla əlaqədar olaraq bəzi ölkələrin İsraildəki səfirliklərini köçürməyə hazırlaşdıqları da iddia olunur. 

Bundan əlavə, artıq ABŞ İsraildəki diplomatlarına İsrailin böyük şəhərlərindən kənara çıxmağı qadağan edib. Fransa isə vətəndaşlarını İsrail və Livana səfər etməməyə çağırır.

İran-İsrail müharibəsi başlayır? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, İran İsrailə doğru raket zərbələri endirməyə cəhd etsə də, həmin raketlər İsrailə çatmayacaq. Sərhəddəcə vurulacaq:

“İran general Süleymaninin öldürülməsi dövründə də İsraili məhv edəcəyilə bağlı yalanlar uydururdu. Amma sonradan bəlli oldu ki, molla rejiminin hay-küyü quru sözdən uzağa getmir. İndi də anoloji ritorika təkrar edilir. Dəməşqdəki konsulluğa edilən zərbə nəticəsində həlak olanlar çoxdur. 

Bu müstəvidə, ola bilsin ki, İran elan etdiyi kimi, İsrailə doğru bir neçə ballistik raket atsın. Lakin həmin raketlərin İsrailə qədər çata biləcəyi sual altındadır. Çünki həmin raketlər 1200 km-dən uzağa uça bilmir. Üstəlik İsrailin hava hücumundan mükəmməl müdafiə sistemləri var. Müdafiə sistemləri vasitəsilə həmin raketləri sərhəddəcə vurub sıradan çıxaracaqlar”. 

Həmsöhbətimiz qeyd edir ki, İranın hərəkətinə cavab olaraq İsrail də növbəti dəfə ona hücum edəcək: 

“Bu zaman İsrailin müttəfiqi ABŞ da ona kömək edəcək. İsrail bir il bundan qabaq olduğu kimi, F-35 və ya pilotsuz uçuş aparatları ilə İranın müxtəlif obyektləri və siyasi rəhbərlərinin yerləşdiyi ofisləri vuraraq sıradan çıxarmağa çalışacaq. F-35-lər radara tutulmadığından İran səmasında rahat hərəkət edib, vurulması vacib olan fabrik və zavodları, nüvə tədqiqatları mərkəzini vurub sıradan çıxaracaq. 

Yəni İranın raket hücumu elə bir nəticə verməyəcək. Bunun müqabilində İsrailin, böyük ehtimalla həmçinin Amerikanın əks zərbələri İran üçün daha dağıdıcı olacaq, molla rejimini tamamilə sarsıdacaq. Tehranın cavab zərbəsi hətta uzun müddətli müharibəyə və İranda rejim dəyişikliyinə gətirib çıxara da bilər”. 

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin