Avropada KORRUPSİYA BÖHRANI – Lyayen milyonları NECƏ MƏNİMSƏYİB?

Hazırda oxunan: Avropada KORRUPSİYA BÖHRANI – Lyayen milyonları NECƏ MƏNİMSƏYİB?

186392

Xəbər verdiyimiz kimi Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayenin korrupsiya əməlləri ifşa olunub. Bu barədə Fransa “Vətənpərvərlər” partiyasının rəhbəri Florian Filippo “X” sosial şəbəkə platformasındakı hesabında yazıb.

Filippo, fon der Lyayenin qohumbazlıq və partiya üzvü Markus Piperin AK-də vəzifəyə təyin edilməsinə görə cinayət başında tutulduğu barədə “Liberation” məqaləsinə bu cür reaksiya verib.  

İddiaya görə AK rəhbəri Pipperi təyin etmək üçün xüsusi olaraq Avropa Komissiyasında kiçik və orta sahibkarlıq üzrə səfir vəzifəsini yaradıb. Siyasətçi qeyd edib ki, Aİ heç bir nəzarət və tarazlıq sistemi olmayan, külli miqdarda pulu mənimsəyən və nəhəng səlahiyyətlərə malik olan dərin korrupsioner sistemdir.
 

MÖVZU İLƏ BAĞLI:

Ursula fon der Lyayen korrupsiyada ittiham olunur - FOTO


Nəzərə alaq ki, Ursula fon der Lyayenin adı Azərbaycan cəmiyyəti üçün çox tanışdır. Xüsusən də 5 aprel Brüssel görüşündən sonra xanım Lyayen Azərbaycanda manşetləri bəzəyir. Səbəbsə çox sadədir. O, NATO-nu Cənubi Qafqaza daxil etmək istəyənlərdən biridir. 

Daha dəqiqi, region qan çanağına çevirmək istəyənlərdən biri də məhz Lyayendir. Qəribədir ki, AK Prezidenti NATO-nu Ermənistana gətirməkdə qeyri-adi heç nə görmür. Korrupsiyaya bulaşmaqda, qohum-əqrəbasına himayədarlıq etməkdə pis heç nə görmədiyi kimi… 

Avropada bu ilk korrupsiya qalmaqalı deyil.

Avropa institutlarında korrupsiya qalmaqalları tez-tez baş verir. Məsələn bir müddət öncə  Avropa Parlamentinin sədr müavini Eva Kayli Brüssel polisi tərəfindən saxlanılıb. Belçika Federal Prokurorluğu onun korrupsiya ittihamı ilə saxlanılması üçün sanksiya verib. İttihama görə xanım Kayli futbol üzrə Dünya Çempionatının Qətərdə keçirilməsi üçün öz vəzifəsindən sui-istifadə edib. 

Xatırladaq ki, bu, Eva Kaylinın adının hallandığı ilk rüşvət və korrupsiya qalmaqalı deyil. Avropa Parlamentinə (AP) Yunanıstandan seçilmiş Kayli Avropada fəaliyyət göstərən erməni lobbi qrupları ilə də sıx əməkdaşlıq edib. Yada salaq ki, 2021-ci il noyabrın 19-da Azərbaycan əleyhinə qəbul edilən bəyanat Avropa Parlamentinin adından elan edilsə də, bəyanatı yalnız 33 nəfər AP üzvü imzalayıb. 

Həmin 33 nəfər isə Avropa Parlamentində təmsil olunan “Ermənistanla dostluq qrupu”nun üzvləridirlər. Bəyanatın hazırlanmasında və qəbul etdirilməsində Lukas Furlas, Lefteris Xristofor, Lars Patrik Berq ilə yanaşı, yunan deputat Eva Kayli də xüsusi aktivlik göstərmişdi. Bəyanatda Azərbaycan silahlı qüvvələrinin “Ermənistanın ərazi bütövlüyünə qəsd etməsi” kimi qondarma ittihamlara yer verilmişdi. Həmin 33 deputat da “Ermənistanın ərazi bütövlüyünə qəsd edilməsinin qarşısını almaq üçün” Avropa İttifaqını bütün rıçaqlardan istifadə etməyə çağırırdılar.

Avropa təşkilatlarına “çirkli pullar” necə yol tapır?

Avropada lobbiçilik kimlər üçünsə gündəlik qazanc yeridir. Məsələn, Almaniyadan olan “Yaşıllar fraksiyası”nın rəhbəri Rebekka Harms müsahibəsində qeyd edib ki, Avropa təşkilatlarında Avropaya birbaşa aiddiyyatı olmayan mövzular daha çox müzakirə edilir. Avropa xalqları üçün zəruri olan məsələlərə isə kifayət qədər yer ayırmır.

“Lobbiçilik deyəndə isə ilk olaraq ermənilər yada düşür. Çünki erməni lobbisi Avropada kifayət qədər populyardır. Bir faktı da diqqətə çatdıraq ki, Avropa İttifaqında əsas lobbiçi Fransanın “Coop de France” şirkətidir. Həmin şirkətin səhmlərinin 90 faizi isə Fransadakı erməni milyarderlərinin əlindədir. Bundan başqa Avropa Parlamentində “Ermənistanla dostluq qrupu” fəaliyyət göstərir. Bu qrupun üzvləri təkcə AP-da deyil, həm də öz ölkələrinin parlamentində ermənilərə vəkillik edirlər.

Ümumiyyətlə, erməni milyarderlər maaşla dolanan istənilən Avropalı parlamentarisini asanlıqla ələ ala bilirlər. Bəzi hallarda parlamentarilərin xüsusi məqsədli çıxışları və hərəkətləri həmin dövlətin də işinə yarayır. Necə deyərlər: “ilanı Seyid Əhmədin əli ilə tuturlar”. Dar macalda isə həmin dövlətin rəsmiləri çıxıb deyir ki, bu bizim dövlətin yox, hansısa partiya funksionerinin mövqeyidir. 

Tez-tez hansısa deputatın korrupsiya faktına görə ifşa olunduğunu, saxlanıldığını eşidirik. 

Məsələn, 2022-ci ilin aprelində Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın etdilər. Xeyli sayda deputat korrupsiya faktına görə saxlanıldı. 

Nəzərə alaq ki, Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük fraksiyadır. Avropa Xalq Partiyasının üzvləri Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İsveçin Baş naziri Ulf Kristersson kimi tanınmış siyasətçilərdir.

2023-də “Politico” məlumat yaymışdı ki, dörd il ərzində Avropa Parlamentinin keçmiş üzvü Pier Antonio Panzeri və onun köməkçisi Françesko Giorgi Qətər, Mərakeş və Mavritaniyada iddia edilən müştərilərlə əməkdaşlıq edib və Avropa İttifaqının əsas demokratik orqanının işi onların xeyrinə təsir edib.
Məhz bu kimi səbəblər üzündən 2022-ci ildə Macarıstanın baş naziri Viktor Orban Qətər və Mərakeşin Aİ işlərinə qarışması ilə bağlı korrupsiya qalmaqalı səbəbindən Avropa Parlamentinin buraxılmasını təklif etmişdi. Amma Orbanın haqlı təklifi korrupsioner qurum tərəfindən eşidilmədi.

Avropalılar davranış kodeksinə niyə əməl etmir?

Xatırladaq ki, daha əvvəllər də Avropa Parlamentinin bir çox üzvü, davranış kodeksinin əksinə olaraq, böyük miqdarda ödənilən pullar hesabına iri şirkətlərin maraqlarına uyğun qanunların qəbul olunması üçün lobbiçilik fəaliyyəti ilə məşğul olub. 

Avropa Parlamentinin bir sıra deputatları hələ 2011-ci ilin martında etiraf ediblər ki, böyük qonorarlar hesabına maliyyə sektoru üçün bank idarəçiliyi haqda qanunun qəbul edilməsinə kömək ediblər. Bundan sonra tezliklə deputatların yeni davranış kodeksi qəbul olunub və bura lobbistlər üçün şəffaflıq reyestri də daxil edilib. Lakin bu kodeks yalnız kağız üzərində qalıb. 

Bunlar Avropa Parıamentində sadəcə çoxsaylı korrupsiya faktlarından bəziləridir. Uzun müddətdir ki, Avropa Parlamentinin bir sıra üzvləri erməni diasporunun korrupsiyasından istifadə edərək Azərbaycana qarşı qərəzli mövqe formalaşdırır.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin