Deputatdan XƏBƏRDARLIQ – “Ermənistan bu silahları əldə etsə...”

Hazırda oxunan: Deputatdan XƏBƏRDARLIQ – “Ermənistan bu silahları əldə etsə...”

186263

Əgər Azərbaycanın təhlükəsizliyini təhdid edən hərbi texniki vasitələri Ermənistan əldə edəcəksə, harada olmasından asılı olmayaraq, bu vasitələr sıradan çıxarılacaq.

Son dövrlərdə Ermənistan ordusunda silahlanma prosesi davam edir. Hər gün müxtəlif ölkələrdən Ermənistana silahlar daşınır. Xüsusilə də, Brüssel görüşündən sonra mütəmadi olaraq, sərhəddə atəşkəsin pozulması halları müşahidə olunur.  
 

MÖVZU İLƏ BAĞLI:

İranın növbəti İKİÜZLÜLÜYÜ – Qərbi regiona gətirən Ermənistana susur, Azərbaycana gələndə isə...


Bəs görəsən, Ermənistan nəyə hazırlaşır?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizim.Media-ya mövzunu şərh edib. O bildirib ki, Ermənistanın təxribatlarına qarşı Azərbaycan da israrla sülh çağırışını gündəmdə tutacaq:

“Amma sülhün əldə olunması təhlükəyə girərsə, ciddi çətinliklər yaranarsa, bu zaman Azərbaycan təkcə sülh çağırışları ilə kifayətlənməyəcək, həm də sülhə məcburetmə addımları ata bilər. Bunun da birdən çox yolu var. Birincisi, Ermənistanı sülhə qarşı təxribatlara sövq edən mərkəzlərin neytrallaşdırılması və yaxud onların bu mövqedən geri çəkilməsinə siyasi, diplomatik yolla nail olmaq. 

İkincisi, bu baş verməzsə, bölgədə Ermənistanın təxribat törətmək imkanlarını məhdudlaşdırmaq. Bu, artıq hərbi-siyasi yolla mümkün olan bir məsələdir. Fikrimcə, Ermənistanın silahlanması və Azərbaycanın təhlükəsizliyini təhdid altına alması real müstəviyə keçərsə, yəni Ermənistan bununla bağlı hərbi texniki imkanlar əldə edə bilərsə, artıq Azərbaycan ikinci yolu seçərək sülhə məcburetmə əməliyyatlarını həyata keçirəcək. Çünki rəsmi Bakı artıq bununla bağlı dəfələrlə öz mövqeyini bəyan edib”. 

Deputat qeyd edib ki, hazırkı mərhələdə Paşinyan həm xarici, həm də daxili siyasətdə “Qorilla diplomatiyası”nı həyata keçirir:

“Bir tərəfdən Ermənistan ictimai rəyində möhkəmlənmiş, bəzi sterotipləri dağıdan hərəkətlər edir. Məsələn, açıq şəkildə bəyan edir ki, Azərbaycanın tələb etdiyi dörd kənd heç vaxt Ermənistanda olmayıb. Başqa bir tərəfdən də bu kəndlərin verilməsi ilə bağlı şərtlər irəli sürür. Məsələn, ən son şərti Paşinyan Brüsseldə olarkən Ermənistan xarici işlər nazirinin müavini səsləndirdi. 

O qeyd etdi ki, bu dörd kəndi o şərtlə qaytara bilərlər ki, Azərbaycan Almatı bəyannaməsinə uyğun olaraq sərhədlərin delimitasiya və demarkasiya edilməsi ilə bağlı yazılı sənəd təqdim etsin və s. Yəni göründüyü kimi, xarici siyasətdə də Paşinyanın “Qorilla diplomatiyası” davam edir. Bir tərəfdən Brüsselə gedir və çox şey əldə edəcəyinə ümidvar olur, amma başqa bir tərəfdən də görünür ki, avropalı aktorların tövsiyəsi ilə bəyanat verir. 
Ona görə də Azərbaycanın mövqeyi dəqiqdir, ardıcıldır və sülhə söykənib. Əgər Azərbaycanın təhlükəsizliyini təhdid edən hərbi texniki vasitələri Ermənistan əldə edəcəksə, harada olmasından asılı olmayaraq, bu vasitələr sıradan çıxarılacaq. Bu, Azərbaycanın beynəlxalq hüququndan ona tanınan haqdır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin