İran Ermənistanı buna görə silahlandırır – PƏRDƏARXASI DETALLAR

Hazırda oxunan: İran Ermənistanı buna görə silahlandırır – PƏRDƏARXASI DETALLAR

186249

Xəbər verdiyimiz kimi, 29 mart - 4 aprel tarixlərində SEPAH-a xidmət edən Boinq-747 yük təyyarəsi İrandan İrəvana 5 dəfə reys həyata keçirib.

Erməni mediası İranın bu təyyarə ilə Ermənistana pilotsuz təyyarələr və digər silahlar ötürdüyünü yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

İranın növbəti İKİÜZLÜLÜYÜ – Qərbi regiona gətirən Ermənistana susur, Azərbaycana gələndə isə...


Bəs görəsən, İran Ermənistana niyə dəstək olur? Bu ölkənin Azərbaycana olan aqressiyası nədən qaynaqlanır?

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, İran Azərbaycanın mövcudluğunu istəmir: 

“İran hakimiyyətinin bütün hədəfi Azərbaycanı kiçiltmək və ölkəmizdə qarışıqlıq yaratmaqdır. Hətta bu məqsədlə İran hakimiyyəti Qumda və başqa yerlərdə Azərbaycana qarşı qüvvələr hazırlayır. Ocaqnejat beşinci kolonu da bu məqsədlə hazırlanıb və bu gün də qalmaqdadır. O kolon tamamilə məhv edilməyib. 

İran Ermənistandan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir. 

Çünki İranın Azərbaycana birbaşa təsir etmək mexanizmi yoxdur. İran Ermənistanı silahlandırmaqla Azərbaycana acıq verir. Çünki Azərbaycanın müxtəlif Avropa ölkələrindən silah alması İrana xoş gəlmir. 
Ermənistan Baş naziri bu yaxınlarda elan etdi ki, silahlanmanı şaxələnmə şəklində həyata keçirəcəklər. Daha sonra Hindistandan silahlar alındı, İranla danışıqlar aparıldı. O danışıqların nəticəsini biz indi görürük. İran Ermənistana birbaşa siyasi-hərbi dəstək verməklə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına, sərhədlərin müəyyənləşdirilməsinə və normallaşma prosesinin davam etməsinə mane olur. Bununla da İran Azərbaycan-Ermənistan münasibətlərində əngələ çevrilir”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin