İranın növbəti İKİÜZLÜLÜYÜ – Qərbi regiona gətirən Ermənistana susur, Azərbaycana gələndə isə...

Hazırda oxunan: İranın növbəti İKİÜZLÜLÜYÜ – Qərbi regiona gətirən Ermənistana susur, Azərbaycana gələndə isə...

186239

İranın SEPAH silahlı qüvvələrinə bağlı və rus dilində yayımlanan Telegram kanalı Təl-Əvivə 20 raket, "İsrailin Bakıdakı yuvalarına" isə 5 raket atmağa çağırış edib.

Kanalın iddiasına görə, Təl-Əvivə 20 raketin və İsrailin Bakıdakı yuvalarına 5 raketin buraxılması İran İslam Respublikasının bölgədə “sağ qalması” və “müqavimət cəbhəsinin davamlı olması üçün” lazımdır.
 

MÖVZU İLƏ BAĞLI:

Korotçenko: “Ermənistan bugünkü Suriyaya çevrilə bilər” - VİDEO


Göründüyü kimi, bir müddət əvvəl Bakı münasibətlərin normallaşmasından dəm vuran Tehran ində yenidən Azərbaycanı vurmaqla hədələyir. Bu isə bir daha göstərir ki, İran rejimi Azərbaycana münasibətdə yürütdüyü siyasətdə heç zaman səmimi olmayıb və olmayacaq. 

Ermənistana susur, Azərbaycana gələndə...

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, İran Azərbaycanın müstəqil dövlət olaraq formalaşması, mövcudluğu və güclənməsini heç cürə həzm edə bilmir:

“İran son dövrlər Azərbaycanla münasibətlərin yaxşılaşmasında guya maraqlı olduğunu ifadə edirdi. Belədə, müxtəlif jestlərlə aradakı soyuqluğu guya aradan qaldırmağa çalışırlar. Ancaq bu dövlət rəsmilərinin konkret olaraq atdıqları addımlar bunun əksini göstərir. İran rəsmiləri Azərbaycana münasibətdə qeyri-səmimi olduqlarını dəfələrlə nümayiş etdiriblər. İran Azərbaycanın müstəqil dövlət olaraq formalaşması, mövcudluğu, güclənməsini heç cürə həzm edə bilmir. 

İran heç zaman bunda maraqlı olmayıb. Ona görə də ölkəmizə münasibətdə belə qeyri-səmimi mövqedə qalmaqda davam edir.

Ermənistan Bakıdan əvvəl İsraildə səfirlik açıb. Buna baxmayaraq, İran tərəfindən İrəvana yönəlik anoloji münasibət sərgilənmir. Ermənistan həmçinin, İrana düşmən olan Qərb qüvvələrini bölgəyə gətirməkdədir. Lakin Tehran yenə də susur. İran Azərbaycana yönəlik qeyri-səmimi münasibət sərgiləməkdə davam edəcəksə, Bakı da ona adekvat münasibəti davam etdirəcək”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin