1,1 trilyondan çox gəlirlə türkdilli dövlətləri qovuşduran ZƏNGƏZUR – “Regionda davamlı sülh formalaşacaq”

Hazırda oxunan: 1,1 trilyondan çox gəlirlə türkdilli dövlətləri qovuşduran ZƏNGƏZUR – “Regionda davamlı sülh formalaşacaq”

18619

“Zəngəzur dəhlizinin istifadəyə verilməsi postmüharibə dövründə region üçün prioritet məsələlərdəndir. Bu, Azərbaycanın qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə quru nəqliyyatı vasitəsi ilə birləşdirməklə yanaşı həm də regionda davamlı sülhün formalaşması baxımdan vacibdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı Vüqar Bayramov “Facebook” hesabında qeyd edib. 

O, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı fikirlərini şərh edib:

“Prezident Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyini bildirib. Dövlət başçısı bəyan edib ki, “Ermənistan istəsə, istəməsə də, biz Zəngəzur dəhlizini icra edəcəyik.

Daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzurun ermənilərə verilməsində Amerika PLANI – TARİXİ SƏNƏD YAYILDI - FOTO


Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”. Bildirim ki, Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.

Deputatın sözlərinə görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək:

“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir.
 

Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.


Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin