Prezident: “Neokolonializmə qarşı mübarizə xarici siyasət istiqamətlərimiz arasında xüsusi önəm daşıyır”

Hazırda oxunan: Prezident: “Neokolonializmə qarşı mübarizə xarici siyasət istiqamətlərimiz arasında xüsusi önəm daşıyır”

185658

“Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında səsləndirib. 

Bir müddət əvvəl Bakı Təşəbbüs Qrupunun yaradıldığını xatırladan dövlət başçısı deyib ki, bu qurumun əsas məqsədi kolonializmin, yəni, müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin