“Ermənilərin yerləşdirdiyi minalar günahsız azərbaycanlı mülki əhalinin həyatını təhdid etməkdə davam edir. Bu gün dörd azərbaycanlı mülki şəxs növbəti mina partlayışının qurbanı olub”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Tərtərdə mina partladı - Xəsarət alanlar var
Qeyd edilib ki, Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi irimiqyaslı reabilitasiya və yenidənqurma işləri, habelə məcburi köçkünlərin geri qaytarılması prosesini ləngidir və regionda sülh quruculuğu səylərini sarsıdır:
“Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səyləri birləşdirməlidir”.
Armenian planted landmines continue threatening the lives of innocent Azerbaijani civilians.
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) April 2, 2024
Today, four Azerbaijani civilians became victims of another landmine explosion.
Refusal by Armenia to provide accurate maps of landmines in the liberated territories of Azerbaijan,… pic.twitter.com/SfZM2XoL7M
Bizim.Media