"Erməni nümayəndə heyəti qisas almağa cəhd göstərir" - Səməd Seyidov       

Hazırda oxunan: "Erməni nümayəndə heyəti qisas almağa cəhd göstərir" - Səməd Seyidov       

18480

"Biz AŞPA-nın sülh deyil, müharibə haqqında fikirləşənlərin əlində alət olmasını istəmirik".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yaz sessiyasında "Avropa Şurasının strateji prioritetlərinə baxış" alı qətnamə layihəsinə həsr olunmuş müzakirələr zamanı bildirib.

"Avropa Şurasının prioritetlərini və fəaliyyətlərimizi müəyyən etməyin vaxtı çatıb. Biz yalnız müzakirələr aparmaqla kifayətlənməməliyik, biz ölkələri dəstəkləməliyik.

AŞPA-dan başqa məqsədlər üçün istifadə olunmamalıdır. Mənim erməni həmkarlarım AŞPA-dan öz siyasi məqsədləri üçün bir alət kimi istifadə etməyə çalışırar. Biz nəticələr əldə etməyə çalışmalıyıq. Biz sülhə çalışırıq.

Ermənistanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən isə qisas almaq cəhdləri müşahidə edilir. Biz bu mentaliteti dəyişməliyik", - o deyib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin