Merkel Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi - VİDEO

Hazırda oxunan: Merkel Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi - VİDEO

18465

"Dağlıq Qarabağda baş verdiyi kimi dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmadığı zaman beynəlxalq hüquq normaları tətbiq edilməlidir".

Bizim.Media xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında videokonfrans vasitəsilə çıxışı zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski Merkel və Makronla Donbası müzakirə etdi


"Birlikdə qəbul edilmiş qanunlara riayət edilməsi vacibdir. Bu qanunlar sülhə təhlükə yarandığı zaman tətbiq edilməlidir.

Bu qanunlara dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilmədiyi zaman tətbiq edilməlidir. Dağlıq Qarabağı misal göstərmək olar. Bu zaman Avropa Şurası vacib rol oynamalıdır. Avropa Şurasının bütün institutları bu işdə bir-biri ilə əməkdaşlıq etməlidirlər", - o bildirib. (Report)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin