Ermənistanın politik.am saytında Ermənistanın içərisində olduğu böhranlı vəziyyətlə bağlı məqalə yer alıb.
Məqalədə Ermənistan rəhbərliyinin dövlətin içərisində olduğu xaos vəziyyətindən necə çıxa biləcəyi ilə bağlı bəzi təkliflər çözülür.
Müəllif, Ermənistan rəhbərliyini Azərbaycanın hücumlarının qarşısını almaq üçün mümkün bütün vasitələrdən istifadə etməyə səsləyir. Lakin ölkə daxilində müxtəlif maraq qrupları arasında hələ də birliyin təmin olunmadığına diqqət çəkir. Bu amil Ermənistanın daxili siyasi sabitliyin təmin olunması üçün ən böyük dezavantajdır, deyə müəllif qeyd edib.
Müəllifin fikrincə, bu məsələdə ən böyük iş Paşinyanın üzərini düşür. Paşinyan bütün yeni və köhnə hərbi-siyasi xadimləri öz ətrafında toplamalıdır. İlk addımı atan da məhz Paşinyan özü olmalıdır.
Müəllif, böhranın aradan qaldırılmasında Ermənistanın keçmiş prezidentləri Robert Koçaryanın və Serj Sarkisyanın rolunun önəmli olduğunu qeyd edir. Bu şəxslər olduqca geniş əlaqələrə və imkanlara sahib şəxslərdir.
Robert Koçaryan Rusiyanın mövcud hakimiyyəti ilə yaxşı əlaqələrə malikdir. Serj Sarkisyan isə Avropa siyasi çevrələri ilə mühüm əlaqələri var. Bu şəxslərin əlaqələrindən və nüfuzundan istifadə etməklə Ermənistan hakimiyyəti qısa zamanda böhranlı vəziyyəti aradan qaldıra bilər deyə, müəllif qeyd edib.
Son günlər Ermənistanda Dağlıq Qarabağ klanına mənsub olan şəxslərin ciddi şəkildə fəaliyyətə keçdiyi müşahidə edilir. Bu yazı müəllifinin də həmin cinahın sifarişi ilə işlədiyi ehtimal olunur.
Məqalədə eyni zamanda Paşinyanın vəzifəni öz üzərinə götürməyə hazır generalları Baş qərargaha cəmləşdirməsinə ehtiyac olduğu da vurğulanır. Bu Ermənistan ordusunda yer alan yüksək rütbəli hərbiçilərin də hərəkətə keçmək üçün cəhd göstərdikləri mənasına gəlir.
Dağlıq Qarabağ kalanının Ermənistan ordusu və təhlükəsizlik sistemində ciddi dayaqlara malik olduğu məlumdur. Bu yazı da siyasi meyitə çevrilmiş şəxslərin xortlamaq cəhdindən xəbər verir.
Rəvan Əliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
08:50 / 03.11.2020
Ermənistanda “Qarabağ klanı” dirçəlmək ərəfəsindədir
Hazırda oxunan: Ermənistanda “Qarabağ klanı” dirçəlmək ərəfəsindədir
Hazırda oxunan: Ermənistanda “Qarabağ klanı” dirçəlmək ərəfəsindədir
1845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.