Moldovanın Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-ya məktub ünvanlayıb.
Bizim.Media xəbər verir ki, Moldova nümayəndə heyətinin məktubunda AŞPA-nın bu ilin yanvar sessiyasında qəbul edilmiş qərardan sonra təşkilat ilə Azərbaycan arasında yaranmış uçurumun aradan qaldırılması üçün Avropa Şurası Parlament Assambleyasına və Azərbaycan Respublikasının Milli Məclisinə birlikdə çalışmaq üçün çağırış ünvanlanıb.
Sənəddə digər üzv dövlətlər kimi, Azərbaycanın da AŞPA-dakı nümayəndə heyəti vasitəsilə təşkilatın dəyərlərinin və prinsiplərinin irəlilədilməsinə dəstək göstərdiyi qeyd edilib, habelə Avropada təhlükəsizliyə və sülhə mühüm çağırışların olduğu bir dövrdə bütün problemlərin AŞPA çərçivəsində parlamentlərarası dialoq vasitəsilə həllinin vacibliyi bildirilib.
Məktubda, həmçinin Azərbaycan nümayəndə heyətinin AŞPA-nın işində iştirak edə bilməməsinin nə təşkilata, nə də təşkilata üzv dövlətlərə uzunmüddətli fayda gətirmədiyi vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:30 / 26.03.2024
Moldova nümayəndə heyəti Azərbaycanla bağlı AŞPA-ya məktub ÜNVANLAYIB - FOTO
Hazırda oxunan: Moldova nümayəndə heyəti Azərbaycanla bağlı AŞPA-ya məktub ÜNVANLAYIB - FOTO
Hazırda oxunan: Moldova nümayəndə heyəti Azərbaycanla bağlı AŞPA-ya məktub ÜNVANLAYIB - FOTO
184290
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.