Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı Azərbaycan vətəndaşları tərəfindən heç bir müraciət daxil olmayıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, terror aktının qurbanları haqqında ilk məlumatlar yayılmağa başlayan kimi Səfirlik daxil olan bütün məlumatları diqqətlə izləyib.
"İlkin siyahılarda yer alan Sevinc Rüstəmovanın adı yenilənmiş siyahılarda olmayıb. Lakin ölənlərin siyahısında 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı , böyük ehtimalla Rusiya vətəndaşı olan azərbaycanlının adı olub.
Hazırda Azərbaycan Respublikasının Səfirliyi bu məlumatların, o cümlədən qətlə yetirilən şəxsin meyitinin yeri, habelə mərhumun qohumları və yaxınları haqqında məlumatların dəqiqləşdirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir", - deyə Səfiriyin məlumatında qeyd olunub.
Qeyd edək ki, son məlumata görə, martın 22-də törədilmiş terror aktı nəticəsində 143 nəfər həlak olub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:24 / 23.03.2024
Moskvadakı hücumla bağlı Rusiyadakı səfirliyimizə heç bir məlumat daxil OLMAYIB
Hazırda oxunan: Moskvadakı hücumla bağlı Rusiyadakı səfirliyimizə heç bir məlumat daxil OLMAYIB
Hazırda oxunan: Moskvadakı hücumla bağlı Rusiyadakı səfirliyimizə heç bir məlumat daxil OLMAYIB
183889
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.