Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı nazir Ceyhun Bayramov 22 mart tarixində Moskva şəhərində yerləşən "Crocus City Hall" mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli terror aktı ilə əlaqədar dərin kədər hissi keçirdiyini bildirib.
Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib və yaralananlara tezliklə şəfa diləyib.
Qeyd olunub ki, Azərbaycan terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:24 / 23.03.2024
Ceyhun Bayramov Lavrovla danışıqda Moskvadakı teraktı PİSLƏYİB
Hazırda oxunan: Ceyhun Bayramov Lavrovla danışıqda Moskvadakı teraktı PİSLƏYİB
Hazırda oxunan: Ceyhun Bayramov Lavrovla danışıqda Moskvadakı teraktı PİSLƏYİB
183880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.