Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, Baş nazir “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərin onu dərindən kədərləndirdiyini qeyd edib.
A.Əsədov həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, terror aktı nəticəsində 99 nəfərin öldüyü, 150-yə yaxın şəxsin isə yaralandığı bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:44 / 23.03.2024
Əli Əsədov Mişustinə BAŞSAĞLIĞI VERDİ
Hazırda oxunan: Əli Əsədov Mişustinə BAŞSAĞLIĞI VERDİ
Hazırda oxunan: Əli Əsədov Mişustinə BAŞSAĞLIĞI VERDİ
183834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.