Ermənistanın “Quyruğunu dişləyən ilan” taktikası

Hazırda oxunan: Ermənistanın “Quyruğunu dişləyən ilan” taktikası

1838

Qarabağda hərbi əməliyyatlar artıq bir aydan çoxdur ki, davam edir. Bu müddət ərzində xaricdən gözlədiyi dəstəyi almağı bacarmayan Ermənistanda hakimiyyət daxili çaxnaşmalar müşahidə olunur. Hazırda ölkədə iki əsas qütb arasında mübarizə yaşanır:

Qarabağ münaqişəinin həll edilməsi üçün Rusiya ilə yaxınlaşmağı təklif edənlər və Qərblə əlaqələri gücləndirmək, demokratik inkişafa bağlıq almaq istəyənlər. 

Rusiya meylli qruplar əsasən Dağlıq Qarabağ klanı kimi tanıdığımız və əsasən mühafizəkar siyasətçilərdən ibarətdir. Qərb meylli qruplar isə nisbətən gənc, Paşinyanın hakimiyyətə gəlməsindən sonra ciddi nüfuz qazanmış şəxslərdir.

Ermənistan hakimiyyəti isə münaqişədə vaxt qazanmaq və labüd məğlubiyyətdən sığortalanmaq üçün hər iki qütbün təmsilçilərindən istifadə etməyə çalışır.

Bu gün Ermənistanın politik.am saytında “sorosçu” Daniel İoanessyanın ABŞ konqresində təşkil olunan dinləmələrdə Rusiyadan şikayət etməsi ilə bağlı videoya yer alıb. 
Videoda ABŞ konqresində çıxış edən Daniel İoannesyan Rusiyanı bütün bölgə üçün təhlükə adlandırıb və Rusiyanın heç bir demokratik prosesi sevmədiyinə diqqət çəkib.

Ermənistanda demokratiya quruculuğu istiqamətində görülən işlərdən bəhs edən İoannesyan, Ermənistanın Rusiyadan asılılığa son qoyması üçün ona təhlükəsizlik məsələsində yardım edilməsinə ehtiyac olduğunu vurğulayıb.

Xatırladaq ki, Daniel İoannesyan “Məlumatlı Vətəndaşlar Birliyi” adlı QHT-nin yaradıcısı və Seçki İslahatları Komissiyasının rəhbəri idi. 2007-ci ildən etibarən müxalifətdə təmsil olunan İoannesyanın əsas fəaliyyət istiqaməti media üzərinə yönəlib. O, Ermənistanda Qərbpərəst, Sorosun adamı olaraq tanınır.

Daniel İoannesianın çıxışı Ermənistanın son günlərdə üzləşdiyi böhran vəziyyətindən çıxması üçün ümidsizcə cəhdlər etdiyini bir daha ortaya qoyur. 

Ermənistan rəhbərliyi bir tərəfdən baş nazir səviyyəsində Rusiya ilə əvvəlki kimi münasibətlər qurmaq istəyini göstərməyə çalışır. Digər tərəfdən isə Qərbə Ermənistandakı demokratiya quruculuğunu və Rusiya təhdidini göstərək onların dəstəyini almağa çalışır. Bunu isə son günlərdə mətbuatda ciddi şəkildə tənqid olunan sorosçuların əli ilə edir. 

Bu yolla Paşinyan həm Ermənistan daxilində öz hakimiyyətini möhkəmləndirmək, həm də Qərbdən və ya Rusiyadan dəstək almağı hədəfləyir. Vaxt qazanmaq və hakimiyyətini qorumaq üçün “öz quyruğunu” belə dişləməkdən çəkinmir. 

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin