“The Guardian” YAP-la bağlı məqaləsinə düzəliş etdi

Hazırda oxunan: “The Guardian” YAP-la bağlı məqaləsinə düzəliş etdi

18361

“The Guardian” Yeni Azərbaycan Partiyasının təkzib müraciətindən sonra “Facebook bizim kimi ölkələrlə maraqlanmır": Azərbaycan trol şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır” sərlöhvəli məqaləsinə düzəliş vermək qərarına gəlib.

Bizim.Media-nın məlumatına görə, yazıda qeyd edilib ki, bu məqalə nəşrindən sonra YAP-dan və “Facebook”dan verilən məlumatları daxil etmək üçün 15 aprel tarixində redaktə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

YAP-dan ETİRAZ – Jurnalistikanın prinsipləri POZULUB


Əlavə edilib ki, bu məqalənin dərcindən sonra YAP “Azad söz” səhifəsindəki 6 mart tarixli posta təhqiramiz şərhlər yazan səhifələrlə hər hansı əlaqəsinin olmasını inkar edib.

“Facebook”dan daxil olan məlumatı da məqaləyə əlavə edən “The Guardian” yazıb:

“Bazar ertəsi günü şirkət etibarsız davranış qaydalarını pozan və "The Guardian" tərəfindən müəyyənləşdirilən 300-dən artıq səhifəni ləğv etdiyini söyləyib.

Bu məqalənin nəşrindən sonra “Facebook” həmin səhifələrin siyahısını nəzərdən keçirdiyini və YAP-la hər hansı əlaqə tapmadığını bildirib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin