“Sülhməramlıların səlahiyyətləri, fəaliyyətləri və.s dəqiq sənədlə göstərilməlidir. Hər halda beynəlxalq tərcrübə belədir. Yoxsa hər dəfə bu diskusiyalar davam edir. Sənəddə dəqiq hər bir şey detallı şəkildə izah olunmalıdır və bu sənədlə hər şey nizamlanmalıdır. Bizdə bu sənəd hələ ki, yoxdur, ancaq bu mövzu aktuallığını qoruyub saxlayır”.
Bu sözləri Bizim.Media açıqlamasında eks Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov dünən erməni mətbuatında sülhməramlıların Qarabağda yaşayan ermənilərə tibbi yardım göstərməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.
O, sülhməramlıların missiyası haqqında hüququ yükü olan sənədin vacibliyini vurğulayıb.
“Sülhməramlı qüvvələrin və müşahidəçi missiyasının (SQD və MM) fəaliyyəti ilə bağlı bir çox iradlar var. Lakin heç kim bir suala cavab vermir – bunların səlahiyyətləri və vəzifələri nədən ibarətdir?
Beynəlxalq təcrübə bu məsələləri tənzimləyən xüsusi bir sənədin mövcudluğunu nəzərdə tutur. Bu, mandatdır. Bu mandat missiyanı qəbul edən ölkə ilə razılaşdırılır və daha sonra Anlaşma Memorandumu imzalanır ki, bu da hüquqi cəhətdən razılığın verilməsi deməkdir. Bundan sonra missiyaya dəstək olaraq ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da Prezidentin Bəyanatı qəbul edilir. Daha sonra, ölkənin daxili qanunvericiliyinə uyğun olaraq Parlament tərəfindən təsdiqlənir”.
Politoloq qeyd etdi ki, ölkəmizdə həm hökumət, həm də ictimaiyyət və müxalifət tərəfindən sülhməramlı qüvvələrin və müşahidə missiyasının fəaliyyətinə iradlar səslənir.
Lakin 10 noyabrdan sonra bu, olduqca vacib olan məsələni səmərəli istiqamətə yönəltmək məqsədilə məsləhətləşmələr prosesini başlamaq üçün qanunauyğun və məqsədə müvafiq addımlar atılmır.
“Belə ki, mandatın işlənməsi məsələsinə dair Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqlar hələ başlamayıb. Bəlkə də mandatın mətninin Milli Məclisdə müzakirəsinə başlamaq məqsədə uyğun olardı, çünki ictimai müzakirə zamanı cəmiyyət üçün məqbul variantın parametrlərini müəyyənləşdirmək olardı.
İctimai müzakirənin özü, qanuni cəhətdən məcburi xarakter daşıyan mətn üçün əsas olacaq ictimai gözləntilərin çərçivəsini müəyyənləşdirərdi.
Dumanlı, hüquqi qeyri-müəyyənlik İkinci Vətən Müharibəsi dövründə cəmiyyətin və hakimiyyətin birliyinin qazandığı siyasi təşəbbüsün itirilməsinə şərait yaradır”.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:00 / 19.04.2021
Tofiq Zülfüqarovdan sülhməramlıların ermənilərə “yardım” kampaniyasına PƏRDƏARXASI FİKİRLƏR
Hazırda oxunan: Tofiq Zülfüqarovdan sülhməramlıların ermənilərə “yardım” kampaniyasına PƏRDƏARXASI FİKİRLƏR
Hazırda oxunan: Tofiq Zülfüqarovdan sülhməramlıların ermənilərə “yardım” kampaniyasına PƏRDƏARXASI FİKİRLƏR
18356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.