Tahir Mirkişili Avronest Parlament Assambleyasında Simonyanı SUSDURDU - VİDEO

Hazırda oxunan: Tahir Mirkişili Avronest Parlament Assambleyasında Simonyanı SUSDURDU - VİDEO

183513

Martın 20-də Brüsseldə keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyası çərçivəsində keçirilən plenar iclasında Ermənistan Parlamentinin sədri Alen Simonyan çıxış edərək Azərbaycanı Qarabağda guya etnik təmizləmə aparmaqda, erməni irsini dağıtmaqda ittiham edərək, “Dağlıq Qarabağ” terminindən istifadə edib.

Bizim.Media xəbər verir ki, Daha sonra tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Ermənistan parlamenti spikerinin bu qərəzli çıxışını çox təəssüflə izlədiyini qeyd edib.

O, hazırki sülh danışıqları atmosferində nə deputata, nə də spikerə yaraşan bu çıxışın neqativ təsirini qeyd edərək, hər kəsin Azərbaycan-Ermənistan normallaşma prosesinə dəstək verməli olduğunu bildirib:

“Azərbaycanda “Dağlıq Qarabağ” adında region “yox”, Qarabağ İqtisadi Regionu mövcuddur və Azərbaycan heç vaxt və heç bir halda etnik təmizləmə aparmayıb”.
Xankəndində bu gün də ermənilərin yaşadığı, Ermənistanın regionda böyük dağıntılar törətdiyin və əraziləri mina ilə çirkləndiyini deyən T.Mirkişili bu ölkənin spikerini son 30 ildə istifadə etdikləri leksikondan imtina etməyə, sülhə dəstək verən çıxış etməyə çağırıb.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin