Zaxarova: "Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla bağlı casusluq edir"

Hazırda oxunan: Zaxarova: "Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla bağlı casusluq edir"

183482

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycanla bağlı casusluq edir, regionda gərginliyi artırır.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Ermənistan ərazisindən Aİ missiyası ölkəmiz, İran və Azərbaycan haqqında casusluq edir. Bunun da faktiki sübutları var. Bu cür dağıdıcı fəaliyyət regionda gərginliyin artmasına, hətta geridönməz nəticələrə gətirib çıxara bilər”, - o vurğulayıb.
M.Zaxarova qeyd edib ki, Bakı ilə İrəvan arasında “münasibətlərin həlli resepti” Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əməl etməkdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin