Fransanın sabiq dövlət katibi: “Natəvanın heykəlinə qarşı törədilən vandalizmə görə utanıram” – MÜSAHİBƏ

Hazırda oxunan: Fransanın sabiq dövlət katibi: “Natəvanın heykəlinə qarşı törədilən vandalizmə görə utanıram” – MÜSAHİBƏ

183315

“Əvvəlcə qeyd etməliyəm ki, Fransa ilə Azərbaycan arasında hazırki gərginliyin yaşanmasına çox təəssüflənirəm. Məncə, problemin əsas səbəbləri anlaşmazlıq, qərəz və Fransadakı kinli erməni lobbisinin güclü təsiridir”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Fransanın sabiq dövlət katibi, ətraf mühit üzrə sabiq nazir, BMT-nin Davamlı İnkişaf Konfransının icraçı koordinatoru Bris Lalond (Brice Lalonde) deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Acizliyin ETİRAFI – Siyasi arenada uduzan Fransa intiqamı heykəldən ALIR…


Son aylar Fransanın Azərbaycana qarşı artan aqressiyası, Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandallıq və Fransanın Ermənistanı silahlandırması kimi məsələləri şərh edən Lalond Parisin rəsmi Bakıya qarşı sərgilədiyi mövqedən məyus olduğunu dilə gətirib.

- Cənab Lalond, təəssüf ki, Fransa ilə Azərbaycan arasında müəyyən gərginliklər var. Parisin Ermənistana açıq dəstəyi Azərbaycan tərəfindən birmənalı qarşılanmır. Əsas məsələ Fransanın Afrikadan sonra Cənubi Qafqazda öz varlığını qurmaq istəyidir. Sizcə, Fransa niyə Cənubi Qafqazda olmaq istəyir?

- Fransanın Cənubi Qafqazda olmaq istədiyini düşünmürəm. Lakin Fransa Ermənistanı silahlandırmaq istəyini reallaşdırır. Ermənistan və Fransa arasında Birinci Dünya Müharibəsindən sonra qurulan möhkəm bağlar mövcuddur. Çoxlu sayda erməni həmin dövrdə Fransaya qaçıb. Onlar burada məskunlaşaraq, güclü diaspor qurublar və indi də lobbiçilik fəaliyyətlərini davam etdirirlər.  

- Fransa-Azərbaycan əlaqələri uzun illərdir ki, çox gözəl idi. Xüsusən də, cənab Makrondan əvvəlki prezidentlər Bakı ilə yaxşı münasibətlər qurmuşdular. Bəs, hazırkı gərginliyi nə ilə əlaqələndirirsiniz?

- Mövcud gərginlik Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini qəbul etməyən Fransa ermənilərindən qaynaqlanır. Onlar iddia edirlər ki, Azərbaycan “Ermənistanı xəritədən silmək” istəyir, ya da guya Azərbaycan xristianlara qarşı “dini müharibə” aparır. Lakin bu, axmaqlıqdır. Amma təbliğat kifayət qədər səmərəlidir, çünki Fransa vətəndaşlarının əksəriyyəti Azərbaycan haqqında heç nə bilmir və orada heç vaxt olmayıb. Fransızların əksəriyyəti bilmir ki, Qarabağ qanuni olaraq Azərbaycana məxsusdur.

- Fransanın Evian-Le Ba şəhərində məşhur Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəli var idi. Lakin son aylarda heykələ qarşı vandalizmin şahidi olduq. Fransa Azərbaycan üçün həssas olan bir məsələyə niyə etinasız yanaşır?

- Onu deyim ki, Evian-Le Ba-da baş verənlərdən, təkcə heykələ qarşı edilən vandalizmdən deyil, həm də bələdiyyənin İsmayıllı ilə qardaşlığından imtina etməsindən utanıram. Heykəl indi Parisdəki səfirliyiniz tərəfindən təhlükəsiz şəkildə saxlanılır. Amma həqiqət budur ki, orada mübahisə gedirdi və bəzi vətəndaşlar Evian-Le Ba ilə Azərbaycan arasında dostluğu və heykəli qorumaq istəyirdilər. Xurşidbanu Natəvan böyük şair, həm də fransız yazıçısı Aleksandr Dümanın dostudur. Onun xidmətlərini Düma hər zaman yüksək qiymətləndirib.

- Cənab Lalond, müsahibə üçün təşəkkür edirəm.

- Çox sağ olun.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin