Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mark Libbi bölgələrə səfərə çıxıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfirin ilk qeyri-rəsmi səfəri qədim Qəbələ şəhərinə olub.
Mark Libbi bu şəhərin tarix-mədəniyyət eləcə də turizm infrasturukturu ilə tanış olub. Daha sonra rayonun Qəmərvan kəndində fəaliyyət göstərən bloger-aşbaz Təvəkkül Aslanovun qonağı olub.
Qəbələli aşbaz milli xörəklərimiz haqda şəfirə ətraflı məlumat verib. Daha sonra özünün əl işləri və xüsusi reseplər vasitəsi ilə hazırladığı yeməklərə qonaq edib. Səfir yeməklərin hazırlanma prosesini maraq və diqqətlə izləyib, təamların dadına baxıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Siyasət
09:30 / 19.03.2024
ABŞ səfiri Azərbaycanın məşhur aşpazının qonağı oldu
Hazırda oxunan: ABŞ səfiri Azərbaycanın məşhur aşpazının qonağı oldu
Hazırda oxunan: ABŞ səfiri Azərbaycanın məşhur aşpazının qonağı oldu
183265
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.