Ceyhun Bayramov Lui Bono ilə normallaşma prosesinin bir sıra aspektlərindən DANIŞDI – FOTO  

Hazırda oxunan: Ceyhun Bayramov Lui Bono ilə normallaşma prosesinin bir sıra aspektlərindən DANIŞDI – FOTO  

183162

Martın 18-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. 

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və perspektivləri, regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə olunub. 

Nazir Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı və Berlində keçirilmiş görüşlərdən irəli gələn məsələlər, Azərbaycanın sülh prosesində gözləntiləri, proses çərçivəsində açıq qalan məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Azərbaycanın sülh prosesinə sadiqliyi qeyd olunub. 
Görüş zamanı, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin