Gürcüstan Baş nazirinin ölkəmizə səfəri nə vəd edir? – Gia Xuxaşvilidən AÇIQLAMA 

Hazırda oxunan: Gürcüstan Baş nazirinin ölkəmizə səfəri nə vəd edir? – Gia Xuxaşvilidən AÇIQLAMA 

182709

Xəbər verdiyimiz kimi Gürcüstanın Baş naziri İrakli Kobaxidze sabah Azərbaycana səfərə gələcək. Səfər öncəsi gürcü baş nazir yerli KİV-lərə bunları deyib:

"Biz ikitərəfli əməkdaşlıqla bağlı bütün məsələləri müzakirə edəcəyik. Regionda sülhün təmin edilməsi vacibdir, ikitərəfli münasibətlərin dərinləşməsi, Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üçün hər şey ediləcək".
 

MÖVZU İLƏ BAĞLI:

Kobaxidze Bakı və İrəvana səfər edəcək - Cənubi Qafqazda sülhün təşviqinə dair müzakirələr aparılacaq


Kobaxidzenin səfəri nə vəd edir?

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin səfərini Bizim.Media-ya şərh edən gürcü politoloq Gia Xuxaşvili bir sıra mühüm məsələlərə toxunub:

“Əvvəla, onu deyim ki, bu, İrakli Kobaxidzenin baş nazir kimi Azərbaycana ilk səfəridir. Bu həm də tanışlıq xarakteri daşıyır. Bundan başqa Azərbaycan Gürcüstan üçün dost və strateji tərəfdaş ölkədir. Təbii ki, bu səfər mövcud siyasətin davamlılığını və dəyişməzliyini təsdiq edir. 

Üstəlik, iki ölkənin ərazisindən keçən və Qərbi Şərqlə birləşdirən nəqliyyat dəhlizinin inkişaf etdirilməsi kimi ümumi geosiyasi məsələlər də əsas müzakirə mövzusudur. Bundan başqa, hər iki ölkə üçün maraq doğuran bir çox məsələlər də diqqət mərkəzində olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin