Prezidentin XI Qlobal Bakı Forumundakı çıxışından MÜHÜM MESAJLAR

Hazırda oxunan: Prezidentin XI Qlobal Bakı Forumundakı çıxışından MÜHÜM MESAJLAR

182704

Xəbər verdiyimiz kimi, martın 14-də Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.  

Forumda çıxış edən Azərbaycan Prezidenti regional və beynəlxlaq əhəmiyyətli vacib çağırışlar edib, mesajlar verib.

Bizim.Media Prezidentin çıxışından mühüm mesajları təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev XI Qlobal Bakı Forumunda iştirak edib - FOTO/VİDEO


1. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası çox ciddi geosiyasi dəyişiklikdir və bu, bu günədək  həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək. 

2. Azərbaycanın sülh istəyinə beynəlxalq aktorların laqeyd yanaşması nəticəsində Azərbaycan regionda sülhü bərqərar etmək missiyasını öz üzərinə götürdü.

3. Azərbaycanda baş verənlər lokal xarakter daşımır, ən azı regional əhəmiyyətə malikdir. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün olmasına çalışır. 

4. Azərbaycan son 3 ildə ədaləti və beynəlxalq hüququ özü bərpa etdi. Bizə heç kəs kömək etmədi. 

5. Azərbaycanın hazırkı mövqeyi beynəlxalq hüquqa tamamilə uyğundur.

6. Fransanın Azərbaycana münasibəti beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir. 

7. Neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. 

8. Azərbaycanın niyyəti iqlim məsələlərinə töhfə verməkdir. 

9. COP29 Azərbaycana imkan verəcək ki, dünyaya göstərsin ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə necə uğurla inkişaf edə bilər. 

10. Azərbaycan dördillik sədrliyi nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yaratdı. 

11. Azərbaycan müxtəlif ölkələri bir araya gətirmək imkanına malikdir və bu gün iqlim məsələlərinin həll edilməsi üçün dünyanın məhz buna ehtiyacı var.

12. "İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq".

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin