ÜST Azərbaycana TƏŞƏKKÜR ETDİ 

Hazırda oxunan: ÜST Azərbaycana TƏŞƏKKÜR ETDİ 

182562

“Azərbaycan hökumətinə və xalqına təşəkkürümü bildirirəm ki, bu ilin sonunda COP29-a ev sahibliyi məsələsində liderlik keyfiyyətləri göstərdiniz”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib. 

Tedros Adhanom Qebreyesus bildirib: 

“Ümumdünya Səhiyyə Təşkilatı COP28-in tam bir gününü ilk dəfə olaraq səhiyyəyə həsr etmişdir. Həmçinin Azərbaycanın sədrliyi ilə COP29-un gündəliyində də səhiyyənin mühüm yerdə qalmasını səmimiyyətlə arzulayıram. Uzun illər Ümumdünya Səhiyyə Təşkilatına və onun məramına dəstək vermiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürümü bildirirəm”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin