“Sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər və sülh müqaviləsinin layihəsi məhz Azərbaycan tərəfindən hazırlanaraq təqdim olunub”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edən zaman bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident: “COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür”
Görüşdə qlobal və regional gündəlikdə duran məsələlər, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizin regional sülh gündəliyini dəstəklədiyi qeyd edilib.
Prezident İlham Əliyev ölkəmizin Cənubi Qafqaz regionunda sülh gündəliyini yaxından dəstəklədiyini diqqətə çatdırıb.
Söhbət zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri qeyd edilib. Qonaqların özləri də həmin ərazilərimizə dəfələrlə səfər etdiklərini deyərək, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin nümunəvi xarakter daşıdığını və onlarda zəngin təəssürat yaratdığını deyiblər.
Bizim.Media