Xəbər verdiyimiz kimi martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər.
Bizim.Media xəbər verir ki, dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.
Sonra liderlər Natəvan bulağında olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar. Eləcə də Saatlı məscidində, Bülbülün ev-muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət “Yasəmən” otelində olublar.
- A-
- A
- A+
Siyasət
21:37 / 12.03.2024
Prezidentlərin Şuşa GƏZİNTİSİ - GÜNÜN VİDEOSU
Hazırda oxunan: Prezidentlərin Şuşa GƏZİNTİSİ - GÜNÜN VİDEOSU
Hazırda oxunan: Prezidentlərin Şuşa GƏZİNTİSİ - GÜNÜN VİDEOSU
182296
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.