Fransız VANDALİZMİ – Natəvanın heykəli niyə hədəf ALINDI?

Hazırda oxunan: Fransız VANDALİZMİ – Natəvanın heykəli niyə hədəf ALINDI?

182090

Fransa hər zaman özünü dünya mədəniyyətin beşiyi, qoruyucusu kimi təqdim edib. Lakin bu deyilənlər fonunda Fransa bir abidəyə sahib çıxa, onu vandalların hücumundan qoruya bilmədi. Söhbət Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın Fransanın Evian-Le Ba şəhərindəki heykəlindən gedir. 

Məlum olduğu kimi Natəvanın heykəli son aylar davamlı olaraq təhqirə məruz qalır. Fransa hökuməti isə davam edən bu vəhşiliyə “dur” demək əvəzinə, “yanğına benzin tökmək”lə məşğul olur.
 

MÖVZU İLƏ BAĞLI:

Acizliyin ETİRAFI – Siyasi arenada uduzan Fransa intiqamı heykəldən ALIR…


Fransa Natəvandan nə istəyir?

Beləcə, Şərqin və İslam dünyasının ilk maarifpərvər qadınının heykəli dünya mədəniyyətin “beşiyi”ndə - Fransada təhqir edilir. Heykəl kimə və hansı xalqın təmsilçisinə aid olmasından asılı olmayaraq bir sənət əsəridir, ədəbi düşüncənin nəticəsidir. Ona görə də istənilən heykələ ehtiram göstərilməli, qorunmalıdır.  

Amma təəssüflə deməliyik ki, Fransa hökuməti bütün bu qayda və normaları ayaqlar altına atdı. Azərbaycanlı şairənin heykəlinin yeri dəyişdirilib, üzərinə qırmızı boya atılıb, onun ümumi görünüşünə zərər verilib. Ən pisi də odur ki, bu vəhşi hərəkətlər bir gündə deyil, davamlı şəkildə oldu. Bu da onu göstərir ki, heykəlin təhqir edilməsi siyasi sifarişdir.

Fransanın siyasi hakimiyyətinin biləvasitə sifarişi ilə Natəvanın Evian-Le Ba şəhərindəki heykəlinin təhqir edilməsi birmənalı şəkildə sivilizasiyanı təhqir etməkdir. Bunun ikinci adı yoxdur. Çünki hansısa dəyəri özündə ehtiva edən abidəyə, əsərə vandalcasına yanaşmaq təkcə hansısa xalqa qarşı yox, həm də ümumbəşəri dəyərlərə nifrət deməkdir.

Hələ kütləvi şəkildə hansısa xalqa qarşı nifrətin aşılanmasının nə qədər təhlükəli olduğunu demirik. Fransanın atdığı bu addım türkofobiyanın sübutudur. Bu da Fransanın elan etdiyi bəşəri iddialarla ən azından üst-üstə düşmür.

Bu vandallıq Fransanın siyasi və mədəni tarixinə qara ləkə kimi düşəcək.

Nəzərə alaq ki, Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınır. Onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub. Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan eyni zamanda Azərbaycan və Fransa xalqları arasında dostluğun təcəssümü kimi tanınır.

Belə bir simaya qarşı Evian-Le Ba şəhərində bəslənilən münasibətin heç bir bəraəti  yoxdur. Əksinə, bu vandallığın nədən qaynaqlandığı aydın şəkildə ortadadır.

Bu məsələyə ən yaxşı qiyməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində verdi. O bildirdi ki, vandalizm aktı olan Natəvanın heykəlinin təhqir edilməsi kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir.

Bəli, Evian-Le Ba şəhərində baş verənlər Fransanın nə qədər aciz və zavallı olduğunu göstərir. Baxmayaraq ki, Fransa dünyanın ən böyük iqtisadi-hərbi gücə malik 5-6 ölkəsindən biridir. Amma bu ölkənin son hərəkəti göstərdi ki, bu qədər imkan, hərbi və iqtisadi qüdrət Azərbaycan həqiqətləri qarşısında çox acizdir. Paşinyandan da qatı ermənipərəst olduğunu sübut etmək istəyən Emmanuel Makron istəklərinə və iddialarına çatmayanda çarəsizcəsinə belə cılız vasitələrə əl atır.

Fransadan fərqli olaraq…

Nəzərə alaq ki, Azərbaycan nə işğal dövründə, nə də ki, son 3 ildə erməni dəyərlərinə fransızsayağı münasibət bəsləməyib. Bu gün Bakının mərkəzində erməni kilsəsi qalmaqdadır. Bu kilsə tarixi abidə kimi Azərbaycan dövləti tərəfindən qorunub mühafizə edilir. Hətta Azərbaycan xalqının ən ağır günlərində vaxtlarda - Xocalı, Qaradağlı, Malıbəyli, Ağdaban və digər faciələr zamanı hansısa soydaşımız bu kilsəni təhqir etmədi.

Çünki azərbaycanlılar heç zaman hansısa xalqa qarşa nifrət və kin bəsləməyiblər. Ən əsası hansısa ədalətsizliyin, cinayətin əvəzi Evian-Le Ba şəhərindəki kimi ödənilməyib.

Təkcə bu fakt Azərbaycan xalqının nə qədər böyük olduğunun göstəricisidir. Eyni zamanda, Evian-Le Ba şəhərindəki biabırçılıq fransızların nə qədər dar düşüncəli və cılız olduğunu sübut etdi. Təəssüf doğuran haldır ki, baş verənlərə hansısa fransız ziyalısı, siyasətçisi və yaxud hansısa təşkilat qarşı çıxmadı. Bu da fransızların ümumi səviyyəsini və istənilən məsələyə yanaşmasındakı cahilliyi göstərir.

Təbii ki, baş verən təxribatlara Azərbaycan dövləti biganə qala bilməzdi. Bu günlərdə Natəvanın heykəli Evian-La Badan Parisə gətirilib. Və burada Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində ucaldılıb. Hazırda heykələ vurulan zərərlər aradan qaldırılır.
Bu isə Azərbaycan sözün əsl mənasında böyük dövlət olmasının göstəricisidir. Azərbaycan harada olmasından asılı olmayaraq nəinki hər bir vətəndaşına, hətta Vətən daşına Azərbaycan sahib çıxır.  

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin