“Rusiya Ermənistanı bu yolla cəzalandıracaq” – Natali Aleksanyandan ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: “Rusiya Ermənistanı bu yolla cəzalandıracaq” – Natali Aleksanyandan ÖZƏL AÇIQLAMA 

181668

“Rusiyanın Ermənistana hansı çətinlikləri yaradacağı bəllidir. İlk növbədə işığımızı kəsəcəklər və Ermənistana qaz verilişini dayandırmağa çalışacaqlar”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında erməni jurnalist və bloger, sülh təşəbbüsləri ilə tanınan Natali Aleksanyan deyib. 

O bildirib ki, Ermənistanın Qərbə yaxınlığı Rusiya ilə münasibətləri gərginləşdirir ki, bu da, İrəvan üçün xüsusi çətinliklər yaradır.

“Robert Köçəryanın dövründə Ermənistanın demək olar ki, bütün resursları gülünc məbləğlər qarşılığında Rusiyaya verilib. Ölkənin elektrik şəbəkəsi isə oliqarx Samvel Karapetyanın əlindədir. O, elektrik enerjisini xalqa maya dəyərindən iki dəfə baha satır. 

Əslində, köhnə Qarabağ quldurları Köçəryan və Sarkisyanın əli ilə Rusiya Ermənistan iqtisadiyyatını nəzarətə götürüb. İndi isə Kremlin iqtisadi rıçaqlarla Ermənistana təzyiq göstərəcəyi də aşkardır. Mən heç vaxt Ermənistanın Qərbdən dəstək axtarmasının tərəfdarı olmamışam.

Ermənistan ilk növbədə ümumi sərhədi olan qonşuları ilə münasibətləri tənzimləməlidir. Açıq-aşkar görünür ki, bu oyunda hər kəs öz maraqlarını güdür və yenə də erməni xalqı əziyyət çəkir”, - deyə Aleksanyan bildirib.
Aleksanyan Qərbin Ermənistan işlərinə müdaxilə etməsinə qarşı olduğunu vurğulayıb.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin