Azərbaycan və BƏƏ Ədliyyə nazirlikləri arasında ilk məsləhətləşmə keçirilib - FOTO

Hazırda oxunan: Azərbaycan və BƏƏ Ədliyyə nazirlikləri arasında ilk məsləhətləşmə keçirilib - FOTO

181619

Hüquqi sahədə qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan və Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Ədliyyə nazirlikləri arasında ilk məsləhətləşmə keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov, BƏƏ-nin nümayəndə heyətinə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Abdula Rahman Murad Al Balushi rəhbərlik edib.

Səfir müavini Leyla Süleymanova və konsul Orxan İsmayılov da məsləhətləşmədə iştirak ediblər.

Görüş zamanı hüquqi sahədə qarşılıqlı əlaqələrin yeni mərhələyə çatdırılması, məhkəmə sisteminə suni intellekt texnologiyasının tətbiqində qarşılıqlı təcrübənin öyrənilməsi, hüquqi yardım sənədlərinin icrasında birbaşa əlaqələrin qurulması, ekstradisiya sahəsində qarşılıqlı fəaliyyətin daha da artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və bir sıra digər mövzular müzakirə edilib.

Məsləhətləşmə zamanı “Əməkdaşlıq Planı” (Cooperation Program) razılaşdırılıb, ədliyyə nazirlərinin və digər mütəxəssislərin qarşılıqlı səfərləri üçün razılıq əldə olunub.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin