Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Prezident Xankəndi, Ağdərə və Xocalıya xüsusi nümayəndə təyin etdi – SƏRƏNCAM
Sərəncamla “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 dekabr tarixli 3022 nömrəli Sərəncamı ləğv edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Bizim.Media