Martın 6-da qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin dostluq və qarşılıqlı inam üzərində qurulduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan əməkdaşlığın bölgədəki sabitliyi təmin edən əsas amillərdən biri olduğu vurğulanıb.
Sonda Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:08 / 06.03.2024
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO
Hazırda oxunan: Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO
Hazırda oxunan: Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO
181402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.