Ermənistan hökuməti militarist siyasətinə son verməlidir - BƏYANAT

Hazırda oxunan: Ermənistan hökuməti militarist siyasətinə son verməlidir - BƏYANAT

181343

Fransa, Hindistan və Yunanıstan Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürükləyirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Ermənistana son səfəri ilə bağlı bəyanatında qeyd edilib.

Bildirilib ki, İcma Yunanıstanın müdafiə nazirinin Ermənistana son səfəri, ümumiyyətlə bu iki ölkə arasında hərbi əlaqələrin mahiyyətindən ciddi narahatlığını ifadə edir.

"Yayılan məlumatlara görə, səfər zamanı Yunanıstan tərəfinin Ermənistana hərbi dəstəyini artırması, o cümlədən Ermənistanın ordu idarəetməsində iştirak etməsi barədə razılıq əldə edilmişdir. Bundan əlavə, nazir Dendias Yunanıstan, Ermənistan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması səyləri barədə danışmışdır.

Ermənistanın Fransa, Hindistan və Yunanıstanın dəstəyi ilə sürətlə silahlanması, Fransa və Yunanıstanın Ermənistan ordusunun idarəetməsində rol alması, dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması planları ciddi narahatlıq doğurur. Yunanıstan, Ermənistan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması niyyətinə gəlincə isə qeyd edək ki, eyni regionda yerləşməyən dövlətlərin belə əməkdaşlıq formatı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ziddir.

Fransa, Hindistan və Yunanıstan bu cür addımları ilə Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürükləyirlər", - bəyanatda vurğulanıb.

Qeyd edilib ki, Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən avantüraya getməməyi, militarist siyasətinə son verməyi, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaradaraq Azərbaycanla sülh yolunu tutmağı tələb edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin