Elşad Abdullayev Putin Rusiyasının sevimlisi imiş - FOTOSÜBUT...

Hazırda oxunan: Elşad Abdullayev Putin Rusiyasının sevimlisi imiş - FOTOSÜBUT...

181213
Bu gün 12 iyunda Rusiyanın müstəqillik günü qeyd edilir. Təbii ki, müstəqilliyi qan-qada, misilsiz itkilərlə əldə edən bir millətin övladı olaraq hər birimiz xalqların öz müstəqilliyinə qovuşmasına ilahi ədalətin təntənəsi kimi yanaşmalıyıq.xa0

Amma onu da etiraf etmək zorundayıq ki, Rusiya tarix boyu xalqları əzməklə, millətlərin öz müstəqlllik və suvernelik arzularını qanla boğmaqla, obrazlı desək, xalqların gününü göy əskiyə bükməklə yadda qalıb və üstündən əsrlər keçsə belə, bu gün də rəsmi Moskva bəşəriyyətin ən qaniçən, terrorçu rejimlərindən biri kimi qəbul edilir, bu ölkənin separatçı, işğalçı, imperialist davranışları hər zaman lənətlə yad edilir.
Elə bunun nəticəsidir ki, işğalımızın əsas baiskarı olduğunu məmləkətə hər kəs bilir və bu üzdən də Azərbaycanda Rusiyaya səmimi şəkildə hüsn-rəğbət bəsləyən çox az sayda adam tapılar. Amma gəlin razılaşaq ki, Rusiyanın buradakı əlaltıları, nökərləri olmaq üçün əldən-ayaqdan gedənlər də tapılır və bu yaramaz ünsürləri hələ ki, ifşa edə bilməmişik.xa0

Amma başda prezident İlham Əliyev olmaqla hamımız "itlə dostluq elə, çomağı əldən qoyma" Atalar məsələni yaddaşlarımıza əbədi həkk edərək "5-ci kalon" adlandırılan tör-töküntülərə fürsət verməmək üçün sərvaxt olmağımızın hıəyati önəm daşıdığını bilirik.xa0
Dəyərli oxucu, bəlkə də sizlərə təqdim edəcəyimiz bu fotosübutların yuxarıdakı yazıya dəxli olmadığı qənaətindəsiniz. Təbii ki, bu təltiflər heç də fəaliyyəti dayandırılmış Beynəlxalq Uniuversitetin qiyamçı rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin Rusiyanın vassalı olduğu anlamına gəlmir və biz də bu iddiada deyilik. Amma biz təqdim edilən bu fotolardan barmağımızı dişləyəcək qədər nəticə çıxarmamaq da sadəlöhvlük olardı.xa0
Bu fotosübutları bizə göndərən mənbə əslində onların şərhsiz təqdimatında maraqlı olduğunu bildirir və mühakimə yürütməyi oxucuların ixtiyarına buraxmağı tövsiyyə edir. Eyni zamanda daha ilginc sübutları redaksiyamılza təqdim edəcəyini də söz verir. Odur ki, gözünüz-qulağınız Moderator.az-da olsun, sürpriz dosyelərlə hüzurunuza təşrif buyuracağıq...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin