Almaniyada keçmiş qondarma rejimlə bağlı tədbirin keçirilməsinə səfirliyimizdən REAKSİYA – ÖZƏL  

Hazırda oxunan: Almaniyada keçmiş qondarma rejimlə bağlı tədbirin keçirilməsinə səfirliyimizdən REAKSİYA – ÖZƏL  

181175

Xarici Əlaqələr üzrə Alman Şurasının direktoru Quntram Volf və Konrad Adenauer Fondunun sədri Norbert Lammertin təşkilatçılığı ilə martın 6-da Berlində “Arsaxın mədəni irsi” adlı qərəzli və ermənipərəst təbliğat tədbiri keçiriləcək. 

Son zamanlar Almaniyanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik səylərinə baxmayaraq, sözügedən təşkilatların qondarma qurumla bağlı tədbir təşkil etməsi isə təəssüf doğurur. 
 

MÖVZU İLƏ BAĞLI:

Berlində üçtərəfli görüşdən sonra nazirlər qeyri-rəsmi formatda söhbətləşiblər - FOTO


Bəs Azərbaycanın bu ölkədəki səfirliyi sözügedən məsələ ilə bağlı hansı tədbirləri görüb?

Azərbaycanın Almaniyadakı səfirliyi Bizim.Media-nın mövzu ilə bağlı sorğusunu cavablandırıb. Səfirliyimiz sözügedən tədbirdən xəbərdar olduqlarını və Azərbaycan tərəfinin kəskin etirazını qurumlara çatdırdıqlarını deyib:

“Səfirliyimiz sözügedən qərəzli tədbirin elan edildiyi gündən (14 fevral) etibarən onun qarşısının alınması məqsədilə müvafiq iş aparıb, həqiqətləri təhrif edən, Ermənistan tərəfindən mədəni-dini irsimizə qarşı törədilmiş cinayətlərə göz yuman bu tədbirlə bağlı hər iki təşkilata kəskin etirazını çatdırıb. 
Düşünürük ki, xüsusilə son həftələrdə Almaniyada keçirilmiş Azərbaycan-Ermənistan sülh danışıqlarından sonra belə bir qərəzli və məkrli tədbirin keçirilməsi Almaniyanın sülh səylərinə ziyan vurur. Bir daha hər iki təşkilatı bu tədbiri ləğv etməyə, düşmənçiliyi deyil, iki xalq və dövlət arasında tezliklə sülhün bərqərar edilməsini dəstəkləməyə və ədalətli olmağa çağırırıq”, - deyə Almaniyadakı səfirliyimizdən sorğumuza cavab olaraq bildirilib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin