Dövlət başçısı: “Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat indi də var”

Hazırda oxunan: Dövlət başçısı: “Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat indi də var”

180597

“Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin. Çünki Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var idi və indi də var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Bakıda keçirilən iclasda iştirak edib - FOTO 


Bir çox ölkənin təbii qazla bağlı Azərbaycana müraciət etdiyini, onlardan altısının artıq təbii qaz aldığını, bir neçəsi ilə də danışıqların aparıldığını vurğulayan dövlət başçısı bildirib: 

“Qaza ehtiyac var. Bizim isə ehtiyatlarımız və infrastrukturumuz mövcuddur. Düşünürük ki, Avropa maliyyə təsisatları bu layihələrlə bağlı maliyyələşdirmə məsələsində real yanaşmalara əsaslanmalıdır. Onlar antiənənəvi enerji yanaşmalarının kölgəsində qalmalı deyil. Təbii ki, biz bunu görürük. Bizdə yaşıl keçid gedir. Lakin, eyni zamanda, heç kəs o faktı yaddan çıxarmalı deyil ki, ənənəvi enerji mənbələri olmadan dünya növbəti illər ərzində inkişaf edə bilməz”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin