Alman politoloq: “Bakı və İrəvan danışıqlarda beynəlxalq təşkilatlara güvənməməlidir” – ÖZƏL 

Hazırda oxunan: Alman politoloq: “Bakı və İrəvan danışıqlarda beynəlxalq təşkilatlara güvənməməlidir” – ÖZƏL 

180266

“Düşünürəm ki, Azərbaycan və Ermənistan rəsmiləri arasında Almaniya kanslerinin vasitəçiliyi ilə keçirilən görüşlər məhsuldar oldu”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Almaniyanın Münaqişə və Zorakılıq üzrə Sahələrarası Tədqiqat İnstitutunun tədqiqatçısı, politoloq Nina Lutteryohan deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Makron: “Rusiyanın qalib gəlməməsi üçün Ukraynaya qoşun yeridə bilərik” – VİDEO


“Azərbaycan regional danışıqlara üstünlük verir”

Xanım Lutteryohan bildirib ki, Bakı bir çox vasitəçilərin iştirakı ilə danışıqlar prosesini dəstəkləsə də, real nəticələrin olmaması səbəbindən ikili və regional danışıqlara üstünlük verir.

“Mən ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycan və Ermənistan prezidentləri, o cümlədən digər rəsmilər arasında görüşlərin planlaşdırıldığını eşitdim. Vaşinqtonun sülh danışıqları konstruktivdir və irəliləyiş var. 

Bu format həmişə müsbət olmasa da, konstruktiv qeydlə yekunlaşıb. Onu da qeyd edim ki, Azərbaycan Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Brüssel prosesini dəstəkləyir. Bununla belə, rəsmi Bakı Avropa və ya transatlantik formatlara çox bel bağlamadan problemlərin həlli üçün regional danışıqlara üstünlük verir”, - deyə xanım Lutteryohan qeyd edib.

“Problemin həlli tərəflər arasında müzakirə olunmalıdır”

ATƏT-in yenidən Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəməsinin Bakı tərəfindən qəbul edilməyəcəyini deyən politoloq, münaqişə zamanı problemin həllində Minsk qrupunun uğursuz olduğuna diqqət çəkib.

“ATƏT müxtəlif proqramlarda iştirak etməyə çalışır, məsələn, minaların təmizlənməsində. 28 illik münaqişə və sonrakı dönəm uzun zamandır və müharibə tərəflərinin ATƏT-lə bağlı məyusluğu başadüşüləndir. Buna görə də, Minsk Qrupunun prosesdə uğurlu olmadığını söyləmək olar. 

Düşünürəm ki, problemin həlli tərəflər arasında müzakirə olunmalıdır. Problemlərin həllində vasitəçi olmaq istəyən ölkələrə, beynəlxalq təşkilatlara güvənmək düzgün olmazdı, çünki onların “problemi həll etmək” üçün imkanları, dəstəyi və istəyi olmayacaq. 
Ümumiyyətlə, danışıqların daxili və xarici, o cümlədən regional aktorların çoxşaxəli iştirakı ilə baş tutması vacibdir. Ünsiyyət əsasdır və kommunikasiya kanalları həmişə dəstəklənməlidir”, - deyə Lutteryohan əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin