Rəsmi Bakı Paşinyana şeirlə cavab verdi - "Diz çökəcək qarşıda"

Hazırda oxunan: Rəsmi Bakı Paşinyana şeirlə cavab verdi - "Diz çökəcək qarşıda"

18024

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiklərinə cavab verib.

Nazirliyin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, aprelin 14-də Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb:

"N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin