Erməni komissar orduda muzdluların olduğunu dedi

Hazırda oxunan: Erməni komissar orduda muzdluların olduğunu dedi

1801

“Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən könüllülər gəlir”.

Bizim.Media  xəbər verir ki, bu barədə Ermənistanın Diaspora İşləri üzrə Komissarı Zare Sinanyan "Sputnik"in Ermənistan müxbirinə məlumat verib. Sinanyan “könüllülər”in  daha çox Rusiyadan gəldiyinin etiraf edib.

Həmçinin ABŞ, Fransa, Ukrayna və Orta Şərqdən gələnlərin olduğunu da söyləyib.

Sinanyanın sözlərindən aydın olur ki, “könüllülər” Qarabağa döyüşməyə təkcə öz istəkləri ilə deyil, həm də Ermənistan hökumətinin təşkilatçılığı və maliyyə yardımı ilə gəlirlər.

“Onlar gəlməzdən qabaq siyahılar hazırlayır, problemlərini və hökumətdən istəklərini yazılı şəkildə təqdim edirlər”.

Beləliklə Sinanyan ölkəsinin Qarabağa pul qarşılığında muzdlular gətirildiyini dilə gətirmiş olub.

Sinayan Qarabağa yardımın isə  çox hissəsinin  Rusiya, ABŞ, Fransa, Ukrayna və Orta Şərqdəki erməni diasporaları tərəfindən göndərildiyini açıqlayıb.

O qeyd edib ki, yardımın mümkün qədər səmərəli şəkildə istiqamətlənməsi və paylanması üçün işləri özü  koordinasiya edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin