Korotçenkodan Xocalı soyqırımı ilə bağlı AÇIQLAMA – “Belə cinayətləri bağışlamaq olmaz”

Hazırda oxunan: Korotçenkodan Xocalı soyqırımı ilə bağlı AÇIQLAMA – “Belə cinayətləri bağışlamaq olmaz”

179916

“Bu vəhşi, qeyri-insani cinayətdir. Təbii ki, bu, soyqırım aktıdır, dinc əhalinin, o cümlədən qadınların, uşaqların, qocaların qəsdən məhv edilməsidir. Belə cinayətləri bağışlamaq olmaz”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya KİV-ə müsahibəsində Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib. 

O, Rusiya parlamentinin Xocalı soyqırımına münasibətindən də danışıb:

“Dövlət Dumasının bu məsələyə hansısa reaksiya verib-verməyəcəyini bilmirəm. Zənnimcə, deputatlar bu vaxta kimi Xocalı hadisələrini soyqırım aktı kimi tanıyan qanun layihəsi təqdim edə bilərdilər. Mən Dövlət Dumasının deputatı olsaydım, belə bir təklif verərdim. Amma mən politoloq və ictimai xadiməm, qanunvericilik təşəbbüsü hüququm yoxdur. Bütün hallarda insanlığa qarşı törədilmiş bu cinayətə heç bir halda bəraət qazandırmaq olmaz”.

Baş direktor Xocalı faciəsinin Rusiyada soyqırım kimi rəsmi şəkildə tanınmasına çalışacağını qeyd edib:

“Hesab edirəm ki, Xocalı soyqırımında iştirak edən konkret şəxslərə qarşı məhkəmə qərarları və rəsmi ittihamlar zəruridir. Ermənistan bu problemi ört-basdır etmək, təhrif etmək və unutdurmaq üçün hər şeyi edəcək. Buna heç bir şübhə yoxdur. Amma belə cinayətlər üçün vaxt məhdudiyyəti yoxdur. Günahkarlar müəyyən edilməli, adları çəkilməli və cəzalandırılmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin