“Xocalı soyqırımı ilə bağlı təzminat ödənməsi üçün beynəlxalq məhkəmələrə müraciət edilib” – Vitse-spiker 

Hazırda oxunan: “Xocalı soyqırımı ilə bağlı təzminat ödənməsi üçün beynəlxalq məhkəmələrə müraciət edilib” – Vitse-spiker 

179883

“Bu gün xalqımız Xocalı şəhidlərini anır. Bu gün şəhidlərimizin ruhu şaddır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri juranlistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Adil Əliyev səsləndirib.

“Torpaqlarımız işğalda olan zaman biz həmişə deyirdik ki, şəhidlərimizin ruhu işğal bitəndə şad olacaq. Şükür olsun ki, Müzəffər Ali Baş Komandanın siyasəti, şəhidlərimizin qanı, xalqımızın birliyi bahasına suverenliyimiz bərpa olundu. Bu gün Azərbaycan millətinin qanına susamış cinayətkarlar hakim qarşısına çıxarılır. 
Bu baxımdan əminliklə deyə bilərik ki, şəhidlərimizin ruhu şaddır. Azərbaycan tərəfi Xocalı soyqırımının beynəlxalq tribunalarda tanınması üçün daim əlindən gələni edib.

Hər il Milli Məclis nümayəndələri öz xarici həmkarları ilə Xocalı soyqırımı ərəfəsində görüşlər keçirir, bu faciə ilə bağlı onları məlumatlandırırlar. Xocalı soyqırımı ilə bağlı təzminatın ödənilməsi üçün dünya məhkəmələrinə müraciətlər olunub. Azərbaycan tərəfi bir addım belə geri çəkilməyib”, - deyə vitse-spiker əlavə edib.

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin